Cəzaların İcrası Məcəlləsinə dəyişiklik edildi

Cəzaların İcrası Məcəlləsinə dəyişiklik edildi
  29 İyun 2020    Oxunub:2030
Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə dəyişiklik edilib.
Azvision.az xəbər verir ki, dəyişikliklə məhkumlar ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar üçün müəyyən olunmuş yerlərdə və hökmdə müəyyən olunmuş müddətdə işləməli müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada elektron nəzarət vasitəsindən istifadə etməli, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirməli, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etməli və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat verməli olacaqlar.

Layihə III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: İcra   Məmur  





Xəbər lenti