"Şayiə yayırlar ki, guya pandemiya yoxdur" - Siyavuş Novruzov

 "Şayiə yayırlar ki, guya pandemiya yoxdur" -    Siyavuş Novruzov
  29 İyun 2020    Oxunub:3015
“Kimlərinsə laqeydliyi, qanunu pozması nəticəsində insanlar xəstələnir, virusa yoluxursa, biz cərimələr və inzibati metodlarla bunun qarşısını almalıyıq. Vətəndaşlardan xahiş edirik ki, 30 qəpiklik maska taxsın, 200 manat cərimə verməsin. Bununla özlərinin, ata-analarının, ailə üzvlərinin, yaxınlarının, başqalarının da sağlamlığını qorusunlar".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, hər bir şəxs çalışmalıdır ki, başqasının hüququnu pozmasın:

"Prezidentin təşəbbüsü əsasında BMT Baş Assambleyası pandemiya ilə mübarizə üçün toplaşır, 130 dövlət bu təşəbbüsə dəstək verib. Xalq da buna uyğun nümunə göstərməlidir. Gərək nizam-intizamla başqa xalqlara da nümunə olaq. Biz koronavirusla bağlı şayiə yayanlar haqqında ölçü götürməliyik. Kimlərsə internet resurslarında yazır ki, pandemiya yoxdur, oyundur. İctimai yerlərdə, avtobuslarda, qapalı məkanlarda maska taxılmaması ilə bağlı təbliğat aparanların da qarşısı qəti şəkildə alınmalı, cərimələr artırılmalıdır".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti