60 sərnişinin olduğu gəmi batdı - 23 meyit tapıldı

60 sərnişinin olduğu gəmi batdı -  23 meyit tapıldı
  29 İyun 2020    Oxunub:2853
Banqladeşdəki Buriqanqa çayında gəminin batması nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə “Dhaka Times” nəşri yazıb.

Məlumata görə, 60-a yaxın sərnişin olan "Morning Bird” gəmisi bu gün səhər saatlarında başqa bir böyük gəmi ilə toqquşduqdan sonra batmağa başlayıb.

Xilasedicilər 23 nəfərin meyitini aşkar ediblər. Onlardan 14-ü kişi, 6-sı qadın, 3-ü isə uşaqdır.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Banqladeş  





Xəbər lenti