Deputat QHT-lərlə bağlı təklif irəli sürdü

Deputat QHT-lərlə bağlı təklif irəli sürdü
  29 İyun 2020    Oxunub:2671
“QHT-lərin təsis sənədləri haqqında dəyişiklik, sənədlərin elektron qaydada qəbul edilməsi yaxşı haldır, amma bu inqilabi dəyişiklik deyil. Sadəcə olaraq əvvəl kağız formasında verilən sənədlər indi elektron qaydada qəbul ediləcək”.
Azvision.az xəbər verir ki, bunu “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun layihələrinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.

“Burada həmkarım Azay Quliyev də, mən də dəfələrlə demişik ki, QHT-lərin işini asanlaşdırmaq üçün bir neçə il əvvəl QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qəbul olunan qanunlar dəyişdirilməlidir. Yalnız bu halda QHT-lərin problemləri həll oluna, nəzərdə tutulan ictimai işləri, dəstəyi verə bilər. Bu qanunun baxılmasını maksimum dərəcədə tezləşdirmək lazımdır”, - deyə deputat vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti