Xəzərdə döyüş atışlı məşqlər keçirilib - VİDEO

   Xəzərdə döyüş atışlı məşqlər keçirilib    - VİDEO
  29 İyun 2020    Oxunub:2841
2020-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrinin modernləşdirilmiş gözətçi gəmisinin silah və texniki vasitələrinin yoxlanılması məqsədi ilə döyüş atışlı məşqləri keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, həyəcan siqnalı ilə qaldırılan heyət qısa müddət ərzində gəmini döyüşə və səfərə hazırlayıb.



Dənizə çıxış zamanı gəminin yenilənmiş mexanizmləri yoxlanılıb, həmçinin artilleriya və bomba atışları icra olunub. Qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən gəmi heyəti dəqiq atışlarla hədəfləri məhv edib.



Azvision.az



Teqlər: MN   Təlim  





Xəbər lenti