İsraildə ikinci dalğa: Karantin yenidən sərtləşdirilir

  İsraildə ikinci dalğa:  Karantin yenidən sərtləşdirilir
  29 İyun 2020    Oxunub:3114
İsraildə koronavirusun ikinci dalğası başlayır.
Azvision.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Yuli Edelstein məlumat verib.

Onun sözlərinə görə, İsrail koronavirusun ikinci dalğasının astanasındadır.

“Buna görə yenidən məhdudiyyətləri tətbiq etmək məcburiyyətindəyik. Məhdudiyyətlər kütləvi tədbirləri, toy salonlarını və ibadət yerlərini də əhatə edəcək”.

Nazir qeyd edib ki, təlimatlara riayət edilmədiyi təqdirdə fəaliyyətinə icazə verilən məkanlar bağlanacaq.

Azvision.az


Teqlər: İsrail   Koronavirus  





Xəbər lenti