SMS icazədən gündə bir dəfə istifadə mümkün olacaq

  29 İyun 2020    Oxunub : 3858
SMS icazədən gündə bir dəfə istifadə mümkün olacaq
Aparılan araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb.
Azvision.az xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

Onun sözlərinə görə, sui-istifadə halları ilə bağlı xəbərdarlıqlara baxmayaraq, gün ərzində 1 və 2 kodundan istifadə edənlər var. Nəticədə 8103 SMS icazə sistemi ilə əlaqədar daha bir dəyişiklik edilib. Belə ki, bundan sonra SMS icazə sistemindən gün ərzində yalnız bir dəfə istifadə mümkün olacaq.



"Bu kimi sui-istifadə halları çoxaldığından belə bir limit təbiq olundu ki, gün ərzində yalnız bir dəfə icazə almaq mümkün olsun. Beləliklə, gün ərzində 1 kodundan istifadə edərək icazə alan vətəndaş daha həmin gün 2 kodu vasitəsilə icazə ala bilməyəcək. Həmçinin, 2 kodundan istifadə edərək icazə alan vətəndaş da daha 2 kodu vasitəsilə icazə ala bilməyəcək. Bu məhdudiyyətlərin tətbiqi sui-istifadə hallarının çoxluğundan irəli gəlib. Təxirəsalınmaz tibbi yardımla bağlı 1 kodundan istifadə edən vətəndaş həmin müddət ərzində digər ərzaq ehtiyaclarını da ödəsin", - deyə Elnur Niftəliyev vurğulayıb.

Qeyd edək ki, 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi üçün icazə cavabının gəlmə vaxtı 15 dəqiqəyə qaldırılıb.

Azvision.az

Teqlər: SMS-İcazə   ASAN-Xidmət