Deputat: “Bu təşəbbüs dünyaya sülh mesajıdır”

 Deputat:  “Bu təşəbbüs dünyaya sülh mesajıdır”
  29 İyun 2020    Oxunub:3334
"Bildiyimiz kimi, mayın 4-də Qoşulmama Hərəkatının sədri, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Bu, ilk videokonfrans deyildi. Bundan əvvəl də dünyada ilk dəfə olaraq cənab Prezidentin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans vasitəsilə görüşü olub. Görüş koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin birgə həyata keçirilməsi ilə bağlı idi".
Bunu Azvision.az -a açıqlamasında deputat Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən videokonfransında Prezident İlham Əliyev təşəbbüslə çıxış etmişdi ki, BMT-nin Baş Assambleyasının xüsusi sessiyanın keçirilsin:

"Çox qürurverici bir haldır ki, artıq 130-dan çox ölkə birmənalı olaraq təşəbbüsü yüksək səviyyədə qəbul edib. Bu, eyni zamanda ölkəmizə olan böyük etimadın göstəricisidir. Xüsusilə, dünya dövlətləri və ən nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin İlham Əliyevə olan böyük etimadından və inamından irəli gələn məsələdir. Dünya dövlətlərinin bir araya gəlməsi ilk növbədə Azərbaycan Prezidentinin COVID-19-a qarşı mübarizədə yalnız milli deyil, həmçinin regional və qlobal fonda bütün ölkələrin, xalqların birləşərək mübarizə aparmasına çağırışıdır. Bu, dünyaya bir sülh mesajıdır. Qoşulmama Hərəkatının Təmas Qrupu formatında keçirilən videokonfransında bu təşəbbüsün dəstəklənməsini birbaşa Azərbaycanın beynəlxalq aləmdə nə qədər nüfuzlu dövlətə çevrilməsi və Prezidentin apardığı xarici siyasətin məntiqi nəticəsi kimi qiymətləndirmək olar".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Deputat   Cavid-Osmanov  





Xəbər lenti