Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldü

Azərbaycanda daha 544 nəfər koronavirusa yoluxdu,  8 nəfər öldü
  30 İyun 2020    Oxunub:11404
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 544 yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 16 min 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib. Aktiv xəstə sayı 7393 nəfərdir.

Ötən müddət ərzində 475 min 525 test aparılıb. Bugünkü test sayı isə 6558-dir.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Koronavirus   Statistika  





Xəbər lenti