Azərbaycan və Ermənistan XİN başçıları danışıqlar aparacaq

  29 İyun 2020    Oxunub : 3637
 Azərbaycan və Ermənistan XİN başçıları danışıqlar aparacaq
Sabah Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın videokonfrans formatında görüşünün keçirilməsi nəzərdə tutulur.
Azərbaycan XİN-dən Azvision.az -a verilən məlumata görə, görüşün ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi və iştirakı ilə keçirilməsi planlaşdırılır.

Azvision.az

Teqlər: XİN