TƏBİB: 36 xəstə süni tənəffüs cihazına qoşulub

  29 İyun 2020    Oxunub : 3088
  TƏBİB: 36 xəstə süni tənəffüs cihazına qoşulub
Azərbaycanda koronavirusla bağlı 29 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, son sutkada koronavirusa görə 6558 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 475 min 525-ə çatıb.
Reanimasiyada olan xəstə sayı 213, süni tənəffüs cihazında olan xəstə sayı 36-dır.

Hazırkı dövrədək ölkəmizdə 16 min 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib. Aktiv xəstə sayı 7393 nəfərdir.

Azvision.az

Teqlər: TƏBİB   Koronavirus   Pandemiya   Xəstə   Yoluxma