Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edildi

   Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edildi
  30 İyun 2020    Oxunub:4199
Müdafiə Nazirliyində yeni kadr təyinatı olub.
Azvision.az Report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, kontr-admiral Sübhan Kamal oğlu Bəkirov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.

O, bundan əvvəl Hərbi Dəniz Qüvvələri komandanının müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin iyunun 25-də imzaladığı sərəncam ilə S.Bəkirova kontr-admiral ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini bir neçə il idi 1-ci dərəcəli kapitan Zaur Hümmətov icra edirdi.

Azvision.az



Teqlər: HərbiDənizQüvvələri  





Xəbər lenti