Koronavirusa yoluxanların sayı 178 mindən çox artıb

   Koronavirusa yoluxanların sayı 178 mindən çox artıb
  30 İyun 2020    Oxunub:3671
Dünyada koronavirus infeksiyasına yoluxanların sayı artmaqda davam edir.
Azvision.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.

Hesabata əsasən, ötən sutka ərzində 178 min 328 nəfər yeni növ koronavirusa yoluxub, 4153 pasiyent dünyasını dəyişib.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşır.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 10 milyon 317 min 504, pandemiya qurbanlarının sayı isə 505 min 788 nəfərdən çoxdur.

Azvision.az



Teqlər: ÜST   Koronavirus   Pandemiya  





Xəbər lenti