Çin parlamenti Honkonqla bağlı qanunu qəbul edib
Sənəd iyulun 1-də - keçmiş Britaniya anklavının Çinin suverenliyinə keçməsinin 23-cü ildönümündə qüvvəyə minəcək. Komitənin 162 üzvünün hər biri qanun layihəsinin lehinə səs verib.
Bu qanun Honkonqda milli təhlükəsizliyə təhdid yaradan hərəkətlərin qarşısını almaq və cəzalandırma tədbirləri həyata keçirmək məqsədi daşıyır. İlkin məlumata görə, ən ciddi cəza tədbiri kimi ömürlük həbs nəzərdə tutulub.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Çin