545 avtomobil postlardan geri qaytarıldı

   545 avtomobil postlardan geri qaytarıldı
  30 İyun 2020    Oxunub:2307
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) son bir gün ərzində karantin postlarından geri qaytarılan avtomobillərin sayını açıqlayıb.
İdarədən Azvision.az -a bildirilib ki, Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 70-i rayon, 110-u paytaxt istiqamətinə olmaqla 180, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 65-i rayon, 70-i paytaxt istiqamətinə olmaqla 135, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 150-i rayon, 80-i paytaxt istiqamətinə olmaqla 230 nəqliyyat vasitəsi geri qaytarılıb.

Ümumilikdə 545 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Azvision.az


Teqlər: DYP   Post   Polis  





Xəbər lenti