Xaçmazda ağır yol qəzası - Ölən var

Xaçmazda ağır yol qəzası -    Ölən var
  30 İyun 2020    Oxunub:3898
Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iyunun 29-da saat 18 radələrində Xaçmaz rayonunun Çarxı-Sayad kəndi ərazisində Sayad kənd sakini M.Dadaşovun idarə etdiyi “QAZel” və Şabran rayon sakini Fərrux Nəzərovun idarə etdiyi “VAZ-21115” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü hadisə yerində ölüb.

Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Xaçmaz   Qəza  





Xəbər lenti