Azərbaycanda daha 556 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

 Azərbaycanda daha 556 nəfər koronavirusa yoluxdu,   7 nəfər öldü
  30 İyun 2020    Oxunub:4721
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 556 yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 17 min 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9715 nəfər müalicə olunaraq sağalıb, 213 nəfər vəfat edib. Aktiv xəstə sayı 7596 nəfərdir.

Ötən müddət ərzində 482 min 170 test aparılıb. Bugünkü test sayı isə 6645-dir.


Teqlər: Nazirlər-Kabineti   Koronavirus  





Xəbər lenti