Məmmədyarovla Mnatsakanyanın onlayn görüşü keçirilir

 Məmmədyarovla Mnatsakanyanın onlayn görüşü keçirilir
  30 İyun 2020    Oxunub:3383
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN başçısı Zöhrab Mnatsakanyan arasında Dağlıq Qarabağ münaqişəsinə dair videokonfrans formatında görüş keçirilir.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də məlumat paylaşıb.

Onlayn görüşə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi də qatılıblar.

Xatırladaq ki, dünən ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik nazirlərlə ayrıca videokonfrans keçiriblər.

Azvision.az


Teqlər: XİN   Məmmədyarov  





Xəbər lenti