Evdə müalicə alan xəstələr dərmanla təmin olunacaq

 Evdə müalicə alan xəstələr dərmanla təmin olunacaq
  30 İyun 2020    Oxunub:4989
Ev şəraitində müşahidə və müalicə ancaq simptomsuz, yüngül əlamətləri olan, toksik ağır dərmanlara ehtiyacı olmayan xəstələrə aiddir.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, simptomsuz xəstələrin müşahidəsi, yüngül əlamətləri olan xəstələrin immun sistemini gücləndirən dərmanlarla, əsasən vitaminlərlə təhciz olunması nəzərdə tutulur.

"Bu dərmanların poliklinikalar vasitəsilə qeydiyyata alınmış şəxslərə çatdırılması nəzərdə tutulur. Yoluxmuş şəxslərin apteklərə getməsi yolverilməzdir. Ev şəraitində müalicə alan şəxslərin dərman təminatı həll olunacaq”.

N.Zeynalov bildirib ki, koronavirusa yoluxmuş şəxslərin evdə müalicəsi xəstəxanaların, təcili yardımın, həkimlərin üzərinə düşən yükü azaltmaq üçündür.

“Tibbi xidmətin keyfiyyətini artırmaq üçün ev şəraitində müalicə poliklinikaların üzərinə qoyulur. Bir çox vətəndaşlarımız COVID-19 əlamətləri olan zaman başqa insanlara bildirməkdən çəkinirlər. Bunu müəyyən müddət gizli saxlayır, özbaşına müalicə tədbirləri görürlər. Koronavirus elə bir infeksiyadır ki, xəstənin vəziyyətinin dəyişməsi qısa zamanda baş verə bilər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Virus   xəstə  





Xəbər lenti