“Ermənistan atəşkəs arxasında gizlənərək işğalı davam etdirir”

 “Ermənistan atəşkəs arxasında gizlənərək işğalı davam etdirir”
  30 İyun 2020    Oxunub:3571
1994-ci ildə Azərbaycanla Ermənistan arasında atəşkəslə bağlı razılaşmanın olmasına baxmayaraq, atəşkəs ədəbi sülhə çevrilmədi.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, Ermənistan atəşkəs arxasında gizlənərək Azərbaycana qarşı işğalını davam etdirir.

"Azərbaycanın baxışı, mövqeyi ondan ibarətdir ki, atəşkəsə olan çağırışlarla bərabər BMT nizamnaməsinə olan prinsip və normaların həyata keçirilməsi, işğallara son qoyulması, BMT Təhlükəsizlik Şurasının və digər BMT təsisatlarının qətnamələrinin həyata keçirilməsi təmin olunmalıdır. Xüsusilə pandemiya şəraitində bu kimi beynəlxalq sülh və təhlükəsizlik problemləri daha aktual şəkildə özünü göstərir”.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti