TƏBİB: Karantin rejimi müsbət nəticə verir

  TƏBİB:  Karantin rejimi müsbət nəticə verir
  30 İyun 2020    Oxunub:4323
Xüsusi karantin rejimi öz nəticəsini göstərir.

Azvision.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, ölkə üzrə yoluxmaların sayı stabilləşib.
“Düzdür, yoluxma gündəlik 500-ün üzərindədir. Lakin ikiqat artmasını görmürük. Bu da imkan verir ki, xəstəxanalarda çarpayı fondunu düzgün istifadə edək və xəstələrimizə normal tibbi xidmət göstərə bilək. Bu gün tibb müəssisəsindən kənarda xəstələri müalicə etmirik. “Atletlər kəndi”ndə bəzi xəstələrin qəbul olunması və müayinə nəticəsində seçilməsi həyata keçirilir”.

Aytən Zəhra
Azvision.az



Teqlər: TƏBİB  





Xəbər lenti