Bakıda “COVID-19” məntəqələri yaradılıb

  30 İyun 2020    Oxunub : 2392
 Bakıda “COVID-19” məntəqələri yaradılıb
İnsanların xəstəlikləri təkcə koronavirusdan ibarət deyil. Digər xəstəliklər də var. Yükün yüngülləşdirilməsi üçün koronavirusla mübarizənin müəyyən hissəsi ilkin səhiyyə xidmətinə keçirilir.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, hər hansı vətəndaş özünü pis hiss edirsə, poliklinikaya və ya sahə həkiminə müraciət etməlidir.

Bakı və ətraf qəsəbələrdə poliklinikalar əsasında 39 COVID məntəqəsi yaradılıb. Xəstəxanaların məlumatları həmin məntəqələrə çatdırılacaq. Xüsusi həkim briqadalar ilkin səhiyyə xidməti çərçivəsində şəxslərdən analizlər götürəcək, nəticə çıxana qədər təlimat verəcək. Bundan sonra əgər testin nəticəsi müsbət çıxarsa, onun vəziyyəti müşahidə olunacaq. Əlamətləri yüngüldürsə, sahə həkimin nəzarəti altında müalicə olunacaq. Vəziyyətdə dəyişiklik olarsa, xəstənin vəziyyəti ağırlaşırsa, təcili yardıma məlumat verilir. Onlar xəstəni müvafiq xəstəxanaya çatdıracaq. Bununla potensial xəstələrin ətrafda olan insanlarla təmasını azalda bilərik”.

Aytən Zəhra
Azvision.az

Teqlər: NadirZeynalov