Tibb sahəsində kadr çatışmazlığı yoxdur - RƏSMİ

   Tibb sahəsində kadr çatışmazlığı yoxdur -   RƏSMİ
  30 İyun 2020    Oxunub:3372
Ölkəmizdə tibb sahəsində kadr çatışmazlığı yoxdur. Pandemiyadan qabaq da həkim və tibb bacısı qıtlığı yox idi.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, pandemiya gözlənilməz haldır və heç bir ölkənin səhiyyə sistemi bu cür şəraitə hazır deyil.

“Mövcud olan resursları səfərbər etmək, bəzilərini isə kənardan gətirməyə ehtiyac var. Dərmanları kənardan gətirmək olar. Həkimləri haradansa idxal etmək qeyri- mümkündür. Çünki həmin ölkələrdə də həkimlərə ehtiyac var. Bütün ölkələr məcburdur ki, kadr resurslarını imkanları çərçivəsində tənzimləsin. Sirr deyil ki, bizim koronavirusla mübarizə aparan həkimlərin hər biri infeksionist, anestezioloq, epidemioloq deyil. Digər ixtisaslar üzrə olan mütəxəssislərimiz COVID-lə vuruşur, xəstələrin müalicəsi ilə məşğul olur. Tibb işçilərimiz böyük yük altında çalışır. Kadr nöqteyi-nəzərindən yükü azaltmaq tələb olunur. Təcili yardım xidməti üçün həkimlərin qəbulu elan olunub".

Aytən Zəhra
Azvision.az


Teqlər: Həkim   virus  





Xəbər lenti