Bir çox dövlətlər Azərbaycanın təcrübəsindən yararlanır

 Bir çox dövlətlər Azərbaycanın təcrübəsindən yararlanır
  30 İyun 2020    Oxunub:3345
Koronavirusla müharibədə hər bir məsələdə olduğu kimi, xalq-dövlət birliyi ən vacib prinsiplərdən biri olmalıdır.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan vətəndaşlarının bütün digər məsələlərdə olduğu kimi, bu məsələdə də dövlətin yanında olması çox yüksək qiymətləndirilir: "Vətəndaşlarımızın mütləq əksəriyyəti də çox gözəl başa düşür ki, dövlətimizin bu siyasətinin təməlində insanların sağlamlığı, onların təhlükəsizliyinin təmin olunması dayanır".

Prezidentin köməkçisi, həmçinin qeyd edib ki, Azərbaycan bu məsələdə digər ölkələrlə fikir mübadiləsi aparır. Hətta Azərbaycanın təcrübəsindən yararlanan bir çox dövlətlər var.

Azvision.az


Teqlər: virus  





Xəbər lenti