“Bütün ölkələri qeyri-müəyyənlik gözləyir” - Hikmət Hacıyev

  30 İyun 2020    Oxunub : 1896
 “Bütün ölkələri qeyri-müəyyənlik gözləyir” -  Hikmət Hacıyev
“Evdə müalicə üçün paketlərlə bağlı ilk növbədə dərman preparatları nəzərdə tutulur və bu barədə yaxın vaxtlarda ictimaiyyətə məlumat veriləcək”.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, hazırda yekdil fikir yoxdur: “Bu prosesin harada başa çatacağı ilə bağlı qənaət yoxdur. Qarşıdan gələn dövr ərzində bütün ölkələri qeyri-müəyyənlik gözləyir. Azərbaycan dövləti vətəndaşların sosial-iqtisadi çətinliklərinin aradan qaldırılması üçün işlər görür. Bizim Qərb ölkələrinin birində olan diplomatik nümayəndəliklərimiz COVID-19 virusu ilə üz-üzə qaldığı şəraitdə həmin ölkənin tibb strukturlarına müraciət etmişdi.

Lakin günlərlə onlara hər hansı tibbi xidmət göstərilmədi. Biz məcbur olduq ki, həmin ölkənin aidiyyəti strukturlarına diplomatik notalarla müraciət edək. Digər dövlətlərdə də bu qəbildən olan çətinliklər var. Müəyyən çatışmazlıqlar, qüsurlar hər bir sahədə ola bilər. Obyektiv reallıqları qiymətləndirmək lazımdır”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Koronavirus   Brifinq