“Dövlətin məqsədi vətəndaşları qorumaqdır” - Prezidentin köməkçisi

“Dövlətin məqsədi vətəndaşları qorumaqdır” -  Prezidentin köməkçisi
  30 İyun 2020    Oxunub:3346
"Bəzi insanlar məsuliyyətsiz davranışla özlərini aldadırlar. Həmin insanlar ilk növbədə ailələrini yoluxdura bilərlər”.

Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, karantin rejimini pozmaqla "qəhrəmanlıq" etdiyini düşünənlər yanılırlar.

“Media koronavirus pandemiyası ilə bağlı cəmiyyəti məlumatlandırmaq istiqamətində dövlətlə birgədir, bu fəaliyyət təqdir olunur. Dövlətin növbəti iki həftədə xüsusi karantin rejimi tətbiq etməkdə məqsədi vətəndaşlarını riskdən qorumaqdır. Məsuliyyətsiz davranışa yol verənlərin qarşısını da birlikdə almalıyıq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Brifinq  





Xəbər lenti