Reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlandı

   Reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlandı
  01 İyul 2020    Oxunub:2407
Azərbaycanda koronavirusla bağlı 30 iyun 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, son sutkada koronavirusa görə 6645 test aparılıb. İndiyə kimi həyata keçirilən testlərin sayı 482 min 170-ə çatıb.

Reanimasiyada olan xəstə sayı 182, süni tənəffüs cihazında olan xəstə sayı 37-dir.

Hazırkı dövrədək ölkəmizdə 17 min 524 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9715 nəfər müalicə olunaraq sağalıb, 213 nəfər vəfat edib. Aktiv xəstə sayı 7596 nəfərdir.

Azvision.az



Teqlər: TƏBİB   Koronavirus  





Xəbər lenti