Tramp təsdiqlədi: ABŞ hərbçiləri Almaniyadan çıxarılır

Tramp təsdiqlədi:  ABŞ hərbçiləri Almaniyadan çıxarılır
  01 İyul 2020    Oxunub:2279
ABŞ Prezidenti Donald Tramp Almaniyadan 9,5 min amerikalı hərbçinin çıxarılması haqqında planı təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman “Twitter”də bildirib.

Onun sözlərinə görə, bu plan Rusiyanın qarşısının alınmasını gücləndirməklə yanaşı, həm də ABŞ-ın Avropadakı strateji çevikliyini və əməliyyat şəraitini yaxşılaşdıracaq.

Pentaqon yaxın vaxtlarda bu mövzuda Konqresin müvafiq komitələrində brifinqlər keçirəcək, eyni zamanda NATO müttəfiqləri ilə məsləhətləşmələr aparacaq.

Daha əvvəl Tramp NATO-ya ödəmələri gecikdirməsi səbəbilə Almaniyadakı ABŞ
qoşunlarının sayını 34,5 mindən 25 min nəfərə endirəcəyini bildirib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ConatanHoffman  





Xəbər lenti