Xaçmazda silah-sursat tapılıb - FOTO

Xaçmazda silah-sursat tapılıb -  FOTO
  01 İyul 2020    Oxunub:2376
Xaçmaz rayonunda silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Niyazabad kəndi ərazisində yerləşən məişət tullantıları yığılan ərazidə müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.



Məlumatla əlaqədar dərhal Xaçmaz RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək baxış keçiriblər və aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan ərazidən 6 ədəd üzərində partladıcısı olmayan F-1 əl qumbarası, 361 ədəd 7.62 mm-lik, 96 ədəd 5.45 mm-lik, 16 ədəd 9 mm-lik, 7 ədəd 12.7 mm-lik və 14.5mm-lik patronlar aşkar olunub.

Polis əməkdaşları tərəfindən aşkar olunan əl qumbaraları və patronlar saxlanılması üçün aidiyyəti üzrə ANAMA-nın əməkdaşlarına təhvil verilib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Azvision.az


Teqlər: Xaçmaz   Silah-sursat  





Xəbər lenti