Azərbaycan neftinin qiyməti 43 dolları ötdü

 Azərbaycan neftinin qiyməti 43 dolları ötdü
  01 İyul 2020    Oxunub:2262
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,56 dollar ucuzlaşaraq 41,15 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar artaraq 39,63 dollar təşkil edib.

“Azeri Light” markalı Azərbaycan neftinin bir barrelinin qiyməti 0,37 dollar artaraq 43,02 dollar təşkil edib.

Azvision.az


Teqlər: Neft   Birja  





Xəbər lenti