“Suyun keyfiyyəti ildən-ilə yaxşılaşdırılır” - Qorxmaz Hüseynov

 “Suyun keyfiyyəti ildən-ilə yaxşılaşdırılır” -  Qorxmaz Hüseynov
  01 İyul 2020    Oxunub:3738
“Son onilliklərdə bir sıra su mənbələri tikililərin altında qalıb, bu göstərici 1990-cı illə müqayisədə 2,6 dəfə artıb. Bakıda əhalinin artımı, turizmin inkişaf perspektivi də su məsələsinə təsirsiz ötüşmür”.
Azvision.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində respublikada su təchizatı məsələsinin müzakirəsinə həsr olunmuş dinləmədə çıxış edən “Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov deyib.

ASC sədri bildirib ki, 2013-2019-cu illərdə 7 min 390 binada binadaxili içməli su xətti yenilənib:

“3 min 350 binanın kommunikasiyası işlənib, 4 min 40 binanın kommunikasiyası hələ işlənməyib. Zirzəmisi olan 6 min 53 binada tullantı su xətləri yenilənib, 3 min 55 binanın zirzəmisi təmir olunub. Suyun keyfiyyəti də ildən-ilə yaxşılaşdırılır”.

Azvision.az


Teqlər: Qorxmaz-Hüseynov   Azərsu  





Xəbər lenti