Ölkəmizdə 44 yeni su mənbəyi yaradılıb

Ölkəmizdə 44 yeni su mənbəyi yaradılıb
  01 İyul 2020    Oxunub:2349
Azərbaycanın qiymətləndirilən su ehtiyatı 30,9 milyard kubmetrdir.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində respublikada su təchizatı məsələsinin müzakirəsinə həsr olunmuş dinləmədə çıxış edən “Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynov deyib

Onun sözlərinə görə, bunun 33 faizi yerli daxili sulardır, 66 faizi transsərhəd çayların hesabına formalaşan sulardır.

"Bu, o deməkdir ki, bizim şirin sulara əlçatanlığımız daha böyük investisiya tələb edir. İçməli su məqsədilə istifadə edilən əsas su anbarları Ceyranbatan, Taxtakörpü, Şəmkirçay, Mingəçevir, Xanbulançay və Viləşçay su anbarlarıdır. 2010-2019-cu illərdə ölkəmizdə məhsuldarlığı saniyədə 19 kubmetr olan 44 yeni su mənbəyi yaradılıb. “Azərsu” ASC tərəfindən 500 hektar yaşıllıq sahəsi yaradılıb, 300 mindən çox ağac və kol əkilib ki, bu da əlavə su tələb edir. 140 km magistral su kəmərləri çəkilib, 2650 km paylayıcı su şəbəkəsi, 4860 km binadaxili xətlər çəkilib, 69 km uzunluğunda mövcud magistral kəmərlərin reabilitasiyası aparılıb, məhəllədaxili 14 anbar tikilib, 402 min ədəd su sayğacı quraşdırılıb".

Azvision.az


Teqlər: Azərsu   Qorxmaz-Hüseynov  





Xəbər lenti