Baş Nazir rayonlarda dəqiq statistika aparılmasını tapşırdı

 Baş Nazir rayonlarda dəqiq statistika aparılmasını tapşırdı
  02 İyul 2020    Oxunub:4477
Xəbər verdiyimiz kimi, bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın geniş tərkibli Respublika videomüşavirəsi keçirilib.
Azvision.az -ın məlumatına görə, müşavirədə çıxış edən Baş Nazir Əli Əsədov karantin rejiminin yumşaldılması nəticəsində bir sıra şəhər və rayonlarda pozuntuların artmasının müşahidə olunduğunu qeyd edib.

Bundan əlavə, Baş Nazir rayonlardakı vəziyyətlə bağlı dəqiq statistikanın aparılmasının, yoluxmanın daha çox qeydə alındığı yerlərə nəzarətin, dezinfeksiya və koronavirus xəstələri üçün ayrılmış xəstəxanalarda utilizasiya işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Əli Əsədov, həmçinin rayon və şəhər rəhbərləri qarşısında tapşırıqların vaxtında və qüsursuz icra olunması tələbini qoyub.

Azvision.az


Teqlər: Baş-Nazir   Əli-Əsədov  





Xəbər lenti