Maska idxalı sentyabradək rüsumdan azad edildi

Maska idxalı sentyabradək rüsumdan azad edildi
  02 İyul 2020    Oxunub:3808
Azərbaycana xaricdən idxal olunan baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların gömrük rüsumundan azad olunması müddəti uzadılıb.
Azvision.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Dəyişikliyə əsasən, baxillər, steril və qeyri-steril əlcəklər və tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxalı cari ilin sentyabrın 1-dək idxal gömrük rüsumundan azad olunub.

Azvision.az



Teqlər: Maska   İdxal  





Xəbər lenti