Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi elan edildi

  02 İyul 2020    Oxunub : 6410
Daha 8 şəhər və rayonda xüsusi karantin rejimi elan edildi
Azərbaycanın daha 8 şəhər və rayonunda xüsusi karantin rejimi tətbiq olunacaq.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a bildirilib ki, COVID-19 infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, SiyəzənŞəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib.

Virusun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək Goranboy, Göygöl və Mingəçevir şəhərlərində, Bərdə, Xaçmaz, Samux, SiyəzənŞəki rayonlarında xüsusi karantin rejimi tətbiq olunacaq.

Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda isə həmin müddətdə xüsusi karantin rejimi uzadılacaq.

Azvision.az

Teqlər: Karantin