Azərbaycanlı iş adamı və anası koronavirusdan ölüb

   Azərbaycanlı iş adamı və anası koronavirusdan ölüb
  03 İyul 2020    Oxunub:3793
Rusiyada azərbaycanlı iş adamı koronavirusdan ölüb.
Azvision.az APA-ya istinadən xəbər verir ki, Moskva vilayətinin İstra rayonunda yaşayan 49 yaşlı Rövşən Muradov COVID-19 virusundan həyatını itirib.

Moskva vilayəti Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin fəal üzvü olan Rövşən Muradov Azərbaycan diasporunun xeyriyyəçi simalarından olub.

Həmyerlimiz dünən Moskva vilayətinin Krasnoqorsk şəhərində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Mərhumun anasının da iki həftə əvvəl həmin xəstəxanada koronavirusdan vəfat etdiyi bildirilib.

Azərbaycanlı iş adamının cənazəsi dəfn olunmaq üçün Bakıya göndərilib.

Azvision.az


Teqlər: Moskva   Koronavirus   Pandemiya  





Xəbər lenti