COVID-19 qurbanlarının sayı 520 mini keçdi

COVID-19 qurbanlarının sayı 520 mini keçdi
  03 İyul 2020    Oxunub:3600
Dünyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 10 milyon 919 min 516 nəfərə çatıb.
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, hazırda pandemiya qurbanlarının sayı 521 min 388 nəfərdir.

İndiyədək 6 milyon 106 min 402 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 213 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti