“Karantin tətbiq etməsəydik, artım ola bilərdi” - TƏBİB sədri

  03 İyul 2020    Oxunub : 2596
 “Karantin tətbiq etməsəydik, artım ola bilərdi” -    TƏBİB sədri
Ciddi karantin rejimi koronavirusa yoluxanların sayının sabit saxlanılmasına imkan verir. Əgər karantin rejimi tətbiq etməsəydik, artım ola bilərdi.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, vəfat edənlərin sayı digər ölkələr, hətta tibb sahəsi inkişaf etmiş ölkələrlə müqayisədə iki faizin altındadır.

“Bunların hamısı düzgün protokolların tətbiqi, yerlərdə icranın düzgün həyata keçirilməsi nəticəsində olub. Biz yoluxma halını sabit saxlamağa nail olmuşuq. Lakin sağalanların sayı ilə müqayisədə vəziyyət qənaetbəxş deyil".

Aytən Zəhra
Azvision.az

Teqlər: TƏBİB