Azərbaycanda ən çox yoluxma harada aşkarlanıb? - STATİSTİKA

 Azərbaycanda ən çox yoluxma harada aşkarlanıb? -  STATİSTİKA
  03 İyul 2020    Oxunub:5712
Ölkədə koronavirusa yoluxmanın 55,1 faizi Bakı şəhərinin payına düşür.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, yoluxmaların 16,3 faizi Abşeron rayonu, 8,4 faizi Gəncə-Qazax, 7,5 faizi Aran, 5,8 faizi Lənkəran, 1,6 faizi Quba-Xaçmaz, 1,4 faizi Şəki-Zaqatala bölgəsində qeydə alınıb.

“Bakıda yoluxma ən çox Binəqədi rayonunda üstünlük təşkil edir, burada yoluxma 12,8 faizdir. Yasamal rayonunda 12,4 faiz, Xətaidə 11,9 faiz, Sabunçu rayonunda 11,8 faiz, Nəsimi rayonunda 10, 4 faiz, Nərimanov rayonunda 8,8 faiz, Suraxını rayonunda 8,7 faiz, Nizami rayonunda isə 8,2 faiz yoluxma aşkar edilib”.

Aytən Zəhra
Azvision.az


Teqlər: TƏBİB   Yoluxma  





Xəbər lenti