TƏBİB: Aktiv xəstələrin 57 faizi Bakıdadır

      TƏBİB:    Aktiv xəstələrin 57 faizi Bakıdadır
  03 İyul 2020    Oxunub:3357
Koronavirusa yoluxmuş aktiv xəstələrin 57 faizi Bakı şəhərindədir.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, aktiv yoluxma hallarının 15 faizi Sumqayıtın, 6 faizi Abşeron rayonunun, 3 faizi isə Gəncə şəhərinin payına düşür.

“Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu ümumi yoluxanların əksəriyyətini təşkil edir. Rayonlarda koronavirus üçün ayrılan xəstəxanalarda 20-30 faiz çarpayı doluluğu varsa, Bakıda 80-85 faizə qədərdir”.

R.Bayramlı bildirib ki, Oğuz, Xızı, Daşkəsən, Ucar, Yardımlı və Zərdab rayonlarında vəziyyət qənaətbəxşdir.

Aytən Zəhra
Azvision.az


Teqlər: Yoluxma  





Xəbər lenti