Prezidentin köməkçisindən 190 manat açıqlaması

  03 İyul 2020    Oxunub : 3311
 Prezidentin köməkçisindən 190 manat açıqlaması
190 manatlıq birdəfəlik ödənişlər hissə-hissə veriləcək.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, bunun edilməsində məqsəd bankomatlar qarşısında sıxlığın aradan qaldırılmasıdır:

"Ödənişlərin verilməsi tezliklə həyata keçiriləcək. Karantin rejiminin sərtləşdirildiyi 8 yeni rayonda da birdəfəlik ödənişlərin verilməsi ilə bağlı müzakirələr aparılır".

Aytən Zəhra
Azvision.az

Teqlər: Karantin   pul