Şahmar Mövsümov təcili yardımın işindən danışdı

 Şahmar Mövsümov təcili yardımın işindən danışdı
  03 İyul 2020    Oxunub:4579
Təcili tibbi yardımın əsas vəzifəsi insanları evlərdən götürüb xəstəxanaya yerləşdirmək və ya onları poliklinikaya təhkim etməkdən ibarətdir. Təcili yardımın içində xüsusi koordinasiya qrupu yaradılıb.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, burada həm TƏBİB-in və Səhiyyə Nazirliyinin nümayəndələri iştirak edir və işi əlaqəli şəkildə görürlər.

Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov isə bildirib ki, ev şəraitində COVID-19-un yüngül formasında müalicə alan xəstələrə dərmanların çatdırılmasına başlanılıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: virus   yardım  





Xəbər lenti