Ülvi Mehdiyev: “85 minə yaxın icazə ləğv edilib”

  Ülvi Mehdiyev:  “85 minə yaxın icazə ləğv edilib”
  03 İyul 2020    Oxunub:4281
Bəzi təşkilatlar icazə sistemindən sui-istifadə edir, lazım olmayan işçilərə icazə alırlar. Bu səbəbdən 85 minə yaxın icazə ləğv edilib.
Azvision.az xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bir sıra əməkdaşlar icazədən aidiyyatı üzrə istifadə etməyib.

"Həftəsonu icazədən istifadə oluna bilməz, icazəsi olan şəxslər həftəsonu icazədən sui-istifadə edib, evdən çıxa bilməz. Bunun üçün onlar sıravi vətəndaşlar kimi iki saatlıq icazə alıb, evdən çıxa bilərlər".

Ü.Mehdiyev qeyd edib ki, xüsusi karantin rejimi tətbiq edilən 2 həftə ərzində 750 minə yaxın icazə alınıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: SMS   İcazə  





Xəbər lenti