İcazəsi ləğv olunanlara məlumat göndərilir

İcazəsi ləğv olunanlara məlumat göndərilir
  03 İyul 2020    Oxunub:2644
Xüsusi karantin rejimi dövründə icazə ləğv olunan zaman həmin təşkilatın elektron kabinetinə məlumat göndərilir.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında deyib.

Ü.Mehdiyev bildirib ki, hər bir müəssisənin icazə sistemi ilə işləyən məsul şəxsləri mütəmadi olaraq həmin müəssisənin sistemdə olan kabinetinə daxil olub, kimin icazəsinin ləğv edilib-edilməməsinə baxa bilər.

Agentlik sədri qeyd edib ki, işçilər özləri də bunu edə bilər.

Azvision.az


Teqlər: İcazə   Ləğv  





Xəbər lenti