Şahmar Mövsümov: “Postlar şəhərdə sıxlıq yaradırdı”

  03 İyul 2020    Oxunub : 3146
  Şahmar Mövsümov:  “Postlar şəhərdə sıxlıq yaradırdı”
Yollarda postların götürülməsinin əsas səbəbi bu işin optimallaşdırılmasıdır. Bir sıra postlar şəhərdə sıxlıq yaradırdı. Burada əsas məsələ nəqliyyat vasitələrinin son nöqtəsini müəyyən etməkdir, yəni hara gedirlər. Bu postları yığışdırmaqla marketlərdə, bankomat qarşısında postlar gücləndiriləcək, insanların maska taxması və icazələrin olması yoxlanılacaq.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, bundan əlavə xüsusi patrullar şəhərdə olacaq, insanların icazələrinin olması və maska taxılmasına nəzarət ediləcək.

“Digər tərəfdən avtomobillərə də nəzarət olacaq. Yol polisi və digər qurumlar tərəfindən seçim üsulu ilə avtomobillərin dayandırılması və icazələrin olub-olmaması yoxanılacaq”.

Aytən Zəhra
Azvision.az

Teqlər: maska   icazə   karantin   ŞahmarMövsümov