Pandemiyadan zərərçəkənlərə yardım davam etdiriləcək

 Pandemiyadan zərərçəkənlərə yardım davam etdiriləcək
  03 İyul 2020    Oxunub:4599
Tədbirlər Planına uyğun olaraq pandemiya dövründə zərərçəkən sahələrə dəstək davam etdiriləcək.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, pandemiyadan zərərçəkən sahələrin siyahısına dəyişiklik olunacaq.

“Müddət artıqda həmin sahələrin sayı da artır. Burada müvafiq dəstək göstərilməsi nəzərdə tutulub. Hazırda bunun üzərində iş gedir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: pandemiya  





Xəbər lenti