TƏBİB sədrindən dərman xəbərdarlığı

   TƏBİB sədrindən dərman xəbərdarlığı
  03 İyul 2020    Oxunub:4626
Xarici mediada, sosial şəbəkədə koronavirusla mübarizədə bir sıra dərmanların adlarının çəkilməsi ilə insanlar onları kütləvi sürətdə almağa cəhd göstərir.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, bir sıra dərmanlar var ki, pərakəndə satıla bilər və ya həkim resepti ilə qəbul edilə bilər.

“Elə dərmanlar var ki, onların istifadəsində bir sıra problemlər ortaya çıxır. Bunlar həkim nəzarəti altında qəbul edilməlidir. Antiviral dərmanlar bu gün xəstəxanalarımızda kifayət qədər var. Evdə müalicə üçün xüsusi protokollar hazırlanıb, Səhiyyə Nazirliyi ilə müzakirə edilir və həmin dərmanlar xəstəxanalara veriləcək. Əgər qıtlıq olarsa, qısa müddətdə əczaçılıq şirkətləri tərəfindən təmin olunacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Dərman  





Xəbər lenti