“Hər kəs yoluxa bilər, burada ayıb heç nə yoxdur”

  03 İyul 2020    Oxunub : 3590
“Hər kəs yoluxa bilər, burada ayıb heç nə yoxdur”
Səhiyyə müəssisələrinə inamsızlıqla bağlı fikirlərlə razı deyiləm. Tibb müəssisələrində kifayət qədər peşəkar insanlar çalışır. Fədakar əməyə görə həkimlərə təşəkkür etməliyik.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

Onun sözlərinə görə, harada qüsur varsa, aradan qaldırılacaq.

Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov isə bildirib ki, bəzi insanlar koronavirusa yoluxduğu halda, bunu ayıb sayaraq xəstəxanaya müraciət etmir: “Temperaturu olan, yoluxma şübhəsi olan insanlar poliklinikalara müraciət etməlidirlər. Hər kəs bu virusa yoluxa bilər, burada ayıb heç nə yoxdur”.

Aytən Zəhra
Azvision.az

Teqlər: ŞahmarMövsümov