DOST mərkəzləri xüsusi rejimdə işləyəcək

  03 İyul 2020    Oxunub : 2971
 DOST mərkəzləri xüsusi rejimdə işləyəcək
DOST mərkəzləri fəaliyyətini 20 iyula kimi xüsusi iş rejimində davam etdirəcək.
DOST Agentliyindən Azvision.az -a bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejiminin 5 iyul tarixindən 20 iyul tarixinədək uzadılması ilə əlaqədar DOST mərkəzlərində vətəndaşların qəbulu növbəti 2 həftə ərzində məhdudlaşdırılacaq.

Vətəndaşların müraciətlərinə yalnız e-poçt və Çağrı Mərkəzi 142 vasitəsi ilə baxılacaq.

Vətəndaşların yerində qəbulu dayandırılacaq. DOST mərkəzləri və Çağrı Mərkəzi 142 şənbə və bazar günü fəaliyyət göstərməyəcək.

Vətəndaşların müraciətləri aşağıda qeyd olunan e-poçt ünvanları vasitəsilə cavablandırılacaq:

1 saylı Bakı DOST Mərkəzi

Pensiya üzrə müraciətlər: [email protected]

Müavinətlər üzrə müraciətlər: [email protected]

Təqaüdlər üzrə müraciətlər: [email protected]

Məşğulluq üzrə müraciətlər: [email protected]

Ümumi məsələlər üzrə müraciətlər: [email protected]


2 saylı Bakı DOST Mərkəzi

Pensiya üzrə müraciətlər: [email protected]

Müavinətlər üzrə müraciətlər: [email protected]

Təqaüdlər üzrə müraciətlər: [email protected]

Məşğulluq üzrə müraciətlər: [email protected]

Ümumi məsələlər üzrə müraciətlər: [email protected]


3 saylı Bakı DOST Mərkəzi

Pensiya üzrə müraciətlər: [email protected]

Müavinətlər üzrə müraciətlər: [email protected]

Təqaüdlər üzrə müraciətlər: [email protected]

Məşğulluq üzrə müraciətlər: [email protected]

Ümumi məsələlər üzrə müraciətlər: [email protected]

Vətəndaşlar həmçinin e-sosial.az portalında e-Xidmətlər (https://e-sosial.az/#/eServices) bölməsinə və ya e-gov.az portalının “Bütün xidmətlər” (https://www.e-gov.az/az/services) bölməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adını seçməklə göstərilən e-xidmətlərdən istifadə edə bilərlər.

Azvision.az

Teqlər: DOST   Agentlik