3158 maşın postlardan geri qaytarıldı

  3158 maşın postlardan geri qaytarıldı
  04 İyul 2020    Oxunub:4861
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) son bir gün ərzində karantin postlarından geri qaytarılan avtomobillərin sayını açıqlayıb.
İdarədən Azvision.az -a bildirilib ki, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 910-u rayon, 790-u paytaxt istiqamətinə olmaqla 1700, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 27-i rayon, 127-i paytaxt istiqamətinə olmaqla 214, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 466-ı rayon, 778-i paytaxt istiqamətinə olmaqla 1244 nəqliyyat vasitəsi geri qaytarılıb.

Ümumilikdə 3158 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Azvision.az


Teqlər: DYP   Post  





Xəbər lenti